Vergi dövrünün dəqiqləşdirilməsi

“Vergi dövrünün dəqiqləşdirilməsi” mövzunu Business Service Centre şirkətinin Maliyyə işləri üzrə Baş Müşaviri Leyla Kiçibəyova şərh edir.

Vergi ödəyiciləri tərəfindən aparılan əməliyyatların ləğv edilməsi və dəqiqləşdirilməsi haqqında oxuculara məlumat vermək istəyirəm. Hər bir sahibkarın aparılan əməliyyatlara düzəliş etmək hüququ vardır. Hər bir müəssisə öz alıcılarına öz malların göndərilən, xidmətləri göstərilən zaman elektron qaimə-faktura təqdim edilməlidir.

Elektron qaimə-faktura (EQF) təsdiq olunan zaman ƏDV ödəyiciləri üçün  vergi hesab-faktura (VHF) sistem tərəfindən təsdiq edilir. Bu əməliyyat normal olduğu halda həyata keçir. Diqqət yetirək mal (iş, xidmət) tam və ya qismən ləğv edildikdə və ya geri qaytarıldıqda,bu hallar baş verdikdə vergi tutulan dövriyyəyə təsir edir və dəqiqləşdirilməsi zərurəti yaranır. Bu zaman təqdim olunmuş EQF və VHF-na düzəliş edilməlidir. Əməliyyatların dəqiqləşdirməsi vergi məcəlləsini 163-cü maddəsinə əsasən  hesabat dövründə aparılmalıdır. Dəqiqləşdirilən məlumat cari ayın ƏDV bəyannaməsinin 3-cü hissəsində aidiyyatı üzrə sətirlərdə, yuxarıda göstərilən maddəyə əsaslanaraq məlumatlar qeyd edilməlidir və mühasibat uçotunda qanuna uyğun olaraq mühabirləşmələr edilməlidir.

ƏDV qeydiyyatı ləğv olunduqda depozit hesabında qalan vəsaitdən necə istifadə olunur?
ƏDV qeydiyyatı ləğv olunduqda depozit hesabında qalan vəsaitdən necə istifadə olunur?

“Business Service Centre” şirkətinin maliyyə və mühasibat işləri üzrə layihə rəh...

İcarədə olan əsas vəsaitlərə çəkilən təmir xərclərinin gəlirdən çıxılması
İcarədə olan əsas vəsaitlərə çəkilən təmir xərclərinin gəlirdən çıxılması

“Business Service Center” şirkətinin maliyyə və mühasibat işləri üzrə aparıcı mü...

Əlilliyi olan şəxslərə qulluq edənlərə vergi güzəştində yenilik edilib
Əlilliyi olan şəxslərə qulluq edənlərə vergi güzəştində yenilik edilib

“Business Service Center” şirkətinin maliyyə və mühasibat işləri üzrə layihə rəh...