BSC-də yazıçı Rövşən Abdullaoğlu ilə ilhamverici görüş keçirildi
BSC-də yazıçı Rövşən Abdullaoğlu ilə ilhamverici görüş keçirildi
13 fevral tarixində BSC ofisində tanınmış yazıçı Rövşən Abdullaoğlunun iştirakı ilə əməkdaşlar üçün maraqlı və ilhamverici görüş baş tutub. Tədbir BSC-nin komanda daxili inkişafı, motivasiya və intellektual mühitin gücləndirilməsi istiqamətində həyata keçirdiyi təşəbbüslər çərçivəsində təşkil edilib.
Görüş zamanı BSC əməkdaşları yazıçının yaradıcılığı, kitablarının ideya xətti və oxucuya verdiyi mesajlarla yaxından tanış olmaq imkanı əldə ediblər. Səmimi atmosferdə keçən müzakirələr çərçivəsində iştirakçılar Rövşən Abdullaoğluna müxtəlif mövzularda suallar ünvanlayıb, yazıçılıq fəaliyyəti, motivasiya, şəxsi inkişaf, düşüncə tərzi və oxu vərdişlərinin formalaşması ilə bağlı maraqlı fikirlər dinləyiblər.
Tədbirin ən yaddaqalan məqamlarından biri isə yazıçı tərəfindən əməkdaşlar üçün hazırlanan sürpriz kitab hədiyyələri olub. Rövşən Abdullaoğlu görüşün sonunda BSC kollektivini kitablarla təltif edərək bu təşəbbüsün oxu mədəniyyətinə və şəxsi inkişaf prosesinə dəstək verdiyini vurğulayıb.
BSC olaraq inanırıq ki, belə görüşlər komanda daxilində həm motivasiyanı artırır, həm də əməkdaşların dünyagörüşünün genişlənməsinə, oxu mədəniyyətinin təşviqinə və daha güclü korporativ mühitin formalaşmasına töhfə verir.
BSC kollektivi adından görüşdə aktiv iştirak edən bütün əməkdaşlarımıza göstərdikləri marağa görə təşəkkür edir, dəyərli vaxtını ayıraraq təklifimizi qəbul edən Rövşən Abdullaoğluna isə xüsusi minnətdarlığımızı bildiririk.