Miqrasiya hüququ üzrə xidmətlər

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gediş-gəlişi ilə bağlı qadağalar və məhdudiyyət əsasların fərdi qaydada araşdırılması;

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyat müddətinin uzadılması ilə bağlı hüquqi dəstək göstərilməsi;

Müvəqqəti yaşamaq üçün icazələrin alınmasında və icazə müddətinin uzadılmasında hüquqi dəstək göstərilməsi;

İş icazəsinin alınmasında hüquqi dəstək göstərilməsi;

Daimi yaşamaq üçün icazələrin alınmasında və icazə müddətinin uzadılmasında hüquqi dəstək göstərilməsi.