İnsan Resursları sisteminin təftişi

Şirkətimiz tərəfindən İR prosesinin  (işçi heyyəti) təftişinin  həyata keçirilməsi Sizə "Kim, kimi və necə idarə edir?" sualına cavab tapmağa köməklik edəcək.

İR prosesinin (işçi heyyəti) təftişi şirkətin cari vəziyyətinin və işçi heyyətinin potensialının qiymətləndirilməsi üzrə tədbirlər kompleksidir. Rəhbər və icraçı səviyyələri arasında optimal əlaqəni müəyyən edir, insan resurslarının idarə olunması sisteminin effektivliyini analiz edir.

 

İnsan Resursları prosesinin  təftişinə  ehtiyac nə vaxt yaranır?

> Şirkətin kadr potensialının obyektiv qiymətləndirilməsinə ehtiyac yarandığı halda

> Rəhbərlik səviyyəsində dəyişiklik baş verdiyi halda

> Heyətin idarə olunması üzrə mövcud sistemin analizi və ekspert  qiymətləndirilməsinə ehtiyac yarandığı halda

> Mövcud kadr prosesləri və şirkətin məqsədləri arasındakı fikir ayrılıqlarının müəyyən edilməsi üçün

> Heyətin idarə olunması sahəsində şirkətin effektiv fəaliyyətinə və planlarının həyata keçirilməsinə maneçilik törədən əsas problemlər müəyyən edildiyi zaman

> Heyətin idarə olunmasının sənəd təminatı üzrə sistemin şirkətin istehsalat-iqtisadi fəaliyyətinin tapşırıq və tələbatlarına uyğunluğu müəyyən edildiyi zaman

> Şirkət rəhbərliyi üçün işçi heyətinin idarə olunması sisteminin optimallaşdırılması üzrə tövsiyələr və təkliflər hazırlandığı zaman

> Ştat cədvəli “şişdirilmiş”, vəzifələrin sayı həddindən çox olduqda və bu qədər işçi heyətinə ehtiyac olmadıqda

> Şirkətə yatırım etməklə bağlı məsələ həll edildiyi zaman

> Bazara yeni məhsul və ya xidmət buraxıldığı zaman

> İstehsal genişləndirildiyi zaman

> Törəmə şirkətlər mərkəzləşdirilmiş Holdinqə konsolidasiya edildiyi zaman

> Filialların və ya bölmələrin idarəetmə effektivliyinin artırılması ehtiyacı yarandığı zaman

 

Təftişin  həyata keçirilməsi metodları:

>İşçi heyəti ilə bağlı əmr və sərəncamların, sənədlərin, daxili normativ aktların analizi;

> Bölmə rəhbərləri ilə anket sorğusunun keçirilməsi (kadr işinin prioritetli istiqamətləri);

> SWOT analiz;

> Bölmə rəhbərləri ilə kadr işi, heyətin idarə olunması, kadr bölməsinin problemləri, çətinlikləri, işinin qiymətləndirilməsi məsələləri üzrə müsahibə;

> Kadr xidməti əməkdaşları ilə müsahibə və işilərin onlarla birgə həyata keçirilməsi;

> Ekspertlər tərəfindən qiymətləndirmə metodu;

> Qrup şəklində müzakirələr və layihələndirmə;

> Kontent analiz;

> Müşahidə.

 

Təftişin  nəticəsi:

Təftişin  həyata keçirilməsi nəticələri əsasında hesabat hazırlanır. Hesabatda təhlil olunan hər bir sahə  üzrə heyətin idarə olunması sisteminin ekspert qiymətləndirməsi və optimallaşdırılması üzrə tövsiyələr verilir.