Kadr sənədləşməsinin aparılması

İşə qəbul edilən işçinin əmək müqaviləsinin tərtib edilməsi üçün lazımi sənədlərin yığılması və əmək müqaviləsinin bağlanılması (elektron qeydiyyatdan keçirilməsi);

İşə qəbul edilən işçilərin vəzifəyə uyğun olub olmamasına dair sənədlərin yoxlanılması

İşdən azad edilən işçilərin müvafiq sənədlərinin hazırlanması;

İşdən çıxış və işə qəbul edilmə əmrlərinin yazılması;

Aylıq iş vaxtının uçot tabelinin tərtib edilməsi;

İşçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunması üzrə tədbirlərin görülməsi;

Məzuniyyət dövrünün hesablanması ,işçilərin məzuniyyətə çıxmalarına dair sənədləşməsinin aparılması;

Tibbi müayinə kartlarının alınmasının təmin olunması

Peşə və vəzifələrə dair sertifikatların alınmasının təmin edilməsi

Müəssisənin kadr sənədləşməsinə dair əmək qanunvericiliyinə uyğun olaraq müvafiq analizlərin aparılması, risklərin qarşısının alınması məqsədi ilə qanunvericiliyin tələblərinə uyğun olaraq məsləhətlərin verilməsi, müvafiq qurumlara sorğuların göndərilməsi.