Motivasiya və Mükafatlandırma sisteminin qurulması

Düzgün seçilmiş həvəsləndirmə (motivasiya) sistemi Şirkətinizdə işin keyfiyyətinin artırılmasına, məsuliyyətin gücləndirilməsi və istehsalat intizamının artımını stimullaşdırmağa, habelə, loyallığı və təşkilatın fəaliyyətinin uğurlu olmasında marağı artırmağa imkan verəcək. Biz biznesinizi daha effektiv hala gətirməyə kömək edəcəyik.

Həvəsləndirmə sisteminin tərtib və tətbiq edilməsi bir sıra ardıcıl mərhələdən ibarətdir:

1. Tərtib edilmiş balanslaşdırılmış göstəricilər sistemi əsasında müəssisənin heyəti üçün qiymətləndirmə vərəqləri yaradılır:

2. İşçi heyətinin motivasiyası, əmək haqqı ödənilməsi sistemi və qeyri-maddi həvəsləndirmə üsulları haqqında əsasnamələr tərtib edilir (onlarda düzəliş edilir).

3. Şirkətin işinin nəticələri haqqında əsasnamə tərtib edilir:

– idarəetmə uçotunun nəticələri üzrə (büdcə komitəsi);

– müəssisə üzrə reqlament və proseslərin yerinə yetirilməsi nəticələri üzrə (proses komitəsi).

4. Müəssisə üzrə həvəsləndirmə sistemində dəyişikliyin edilməsi haqqında əmr verilir

5. Motivasiya sistemi sınaqdan keçirilir (qiymətləndirmə vərəqələri üzrə)

6а. Qiymətləndirmə vərəqələri və göstəricilərin yerinə yetirilməsi normativləri dəqiqləşdirilir və korrektə edilir. (1 aydan sonra)

6b. Əmək haqqının hesablanması proseduru avtomatlaşdırılır (paralel olaraq)

7. Həvəsləndirmə sistemi işləməyə başlayır.

8. Hədəf, məqsəd və performans göstəricilərinin yerinə yetirilməsinin yekun nəticələri nəzərə alınaraq işçilərə ödənişlər olunur

9. Göstəricilərin normativləri və hədəf dəyərləri (növbəti ay üçün) təkrar nəzərdən keçirilir.

10. Qiymətləndirmə göstəriciləri təkrar nəzərdən keçirilir (əlavə və ya istisna olunur) (rübdə 1 bir dəfə)

Düzgün həvəsləndirilən işçi heyəti şirkətin inkişafının əsasını təşkil edir!