Performans dəyərləndirmə sisteminin qurulması

Şirkət bölmələrinin heyətinin qiymətləndirilməsi üzrə effektiv sistemin tərtib etdirilməsi üçün məqsəd və vəzifələrin təyin edilməsi.

Qiymətləndirmənin əsas məqsədləri:

  1. Heyətin seçilməsi və işə qəbulu zamanı vakant vəzifə üzrə namizədlər arasından peşəkarləq səviyyəsinə görə daha uyğun olanların seçilməsi
  2. Kadr ehtiyatının formalaşdırılması, əməkdaşların rəhbər vəzifələrə təyin edilməsi
  3. Əməkdaşın tutduğu vəzifəyə uyğunluğu haqqında qərarın qəbul edilməsi
  4. İşçilərin təlim və inkişafı, inkişaf planının hazırlanması
  5. İşçilərin performans dəyərləndiriləsi və qiymətləndirilməsi

Qiymətləndirmə məqsədi şirkətin qarşısında duran hədəflərdən birbaşa asılıdır.

Qiymətləndirmə meyarlarının hazırlanması. Hər bir məqsəd üçün xüsusi meyarlar və xüsusi qiymətləndirmə prosedurları hazırlanır. Qiymətləndirmə meyarları hazırlandığı zaman konkret təşkilatın və ya onun ayrıca bölməsinin təşkilati strukturunun diaqnostikası (aktual vəziyyətin analizi) tətbiq edilir.

 

Qiymətləndirmə texnologiyaları və metodları

I. Attestasiya

Attestasiyaya aşağıdakılar daxildir:

  1. Əməkdaşların məhsuldarlığının və onların şəxsi- işgüzar keyfiyyətlərinin qiymətləndirilməsi
  2. Vəzifə təlimatları çərçivəsində tapşırıqların həll edilməsi zamanı effektivliyin, habelə, birbaşa rəhbərlərin həyata keçirdikləri yeni və normadan artıq tapşırıqların qiymətləndirilməsi

Təyinatı:

> Əməkdaşın fəaliyyətinin uğurlu olub-olmadığının müntəzəm qaydada qiymətləndirilməsi üçün

> Həvəsləndirici və sanksiya tədbirlərinin həyata keçirilməsi üçün

> İşçilər arasında vəzifələ bölğüsünün operativ şəkildə yenidən aparılması üçün əsas

> Kadr ehtiyatının formalaşdırılması

> Əməkdaşların təlim və inkişaf planının tərtib edilməsi üçün

> Əməkdaşların karyerasının planlaşdırılması

> Elastik əmək haqqı sistemlərinin tətbiq edilməsi üçün (əmək haqqı sistemində dəyişikliklərin edilməsi)

 

II. Assessment texnologiyası

Xüsusi kompleks texnologiyası, təşkilatın əməkdaşı haqqında maksimal dərəcədə tam və dəqiq məlumatı əldə etməyə imkan verir.

Attestasiyaya aşağıdakılar daxildir:

  1. Sınaqdan keçirilənlərin kollektiv (rəhbərlər, həmkarlar, tabeçilikdə olanlar) tərəfindən qiymətləndirilməsi
  2. Assessment centre

Təyinatı:

> Əməkdaşların rəhbər vəzifələrə təyin edilməsi

> Kadr ehtiyatının formalaşdırılması

> Rəhbər səviyyəsində olanların attestasiyası

> Üfüqü rotasiya və əməkdaşların yeni şəraitdə işləmək, yeni funksiyaları yerinə yetirmək imkanlarının, əməkdaşların inkişaf potensialının müəyyən edilməsi

 

III. Qısaldılmış assessment növləri (qiymətləndirmə prosedurları)

aşağıdakılar daxildir:

  1. Sınaqların keçirilməsi
  2. Fərdi müsahibə
  3. Dairəvi analiz elementləri (rəhbərlik, həmkarlar tərəfindən qiymətləndirmə)

Təyinatı:

Çoxlu sayda əməkdaşların işə qəbulu (məsələn, yeni bölmə yaradıldığı zaman)

Ştat ixtisarının həyata keçirilməsi

Çoxlu sayda sıravi əməkdaşlar üçün planlı attestasiyaların həyata keçirilməsi.

 

Peşə səriştəliyi profillərinin hazırlanması

Şirkətimiz sizə əsas daxili normativ sənədləri: şirkətin vəzifədə olan əməkdaşın peşə səriştəliyinə qarşı tələbləri müəyyən edən korporativ peşəkar standartları yaratmağa kömək edəcək.

Peşə standartları heyətin attestasiyası və sertifikatlaşdırılması prosedurlarının həyata keçirilməsi zamanı ixtisaslaşma səviyyəsinin qiymətləndirilməsi üçün tələblərin siyahısının daxil olduğu normativ sənədlərdir.