Bəzi hallarda, işçi heyətində mühasib varsa, şirkət üçüncü şirkətdən tam mühasibat dəstəyi tələb etmir, lakin rəhbərlik daxili mühasibin peşəkar bacarıqlarına inam etmir.
Biz bu cür müştərilərə məsləhət xidmətləri təklif edirik:
- mühasibiniz özü ilkin sənədləri yaradır və emal edir, mühasibat uçotunu aparır, Vergi Xidməti və digər Dövlət Qurumları üçün hesabatlar hazırlayır və mütəxəssislərimiz mütəmadi olaraq reyestrlərin düzgünlüyünü yoxlayır.
Vergitutma sisteminin təkmilləşdirilməsi çərçivəsində hər il Vergi məcəlləsinə dəyişikliklər tətbiq edilir ki, bütün bunları düzgün qavrayıb tətbiq etmək hətta təcrübəli mühasiblər üçün də asan olmur. Mütəxəssislərimizin öhdəliklərinə həmçinin hesabatların düzgünlüyünün yoxlanılması və nəticələrə nəzarət daxildir. Bununla da şirkət rəhbərliyi mühasib səhvlərindən sığortalanır və mütəmadi yoxlamalar alır. Təklif etdiyimiz konsultasiya xidməti biznes sahiblərinə və mühasiblərə yeni dəyişikliklərdən xəbərdar olmağa və vergi risklərinin önünə keçməyə imkan yaradır!
Mühasib konsultant nə üçün lazımdır?
Mühasib konsultasiyası xidmətindən istifadə edən sahibkar aşağıdakı üstünlükləri əldə edir:
- vaxta qənaət;
- pula qənaət;
- risklərin minimuma endirilməsi.