Vergi risklərinin yoxlanılması | BSC - Business Service Centre
BSC - Business Service Centre 1997-ci ildən sizinlə

Vergi risklərinin yoxlanılması

Vergi risklərinin yoxlanılması- vergilərin və ödənişlərin hesablanmasının mövcud qanunvericiliyə uyğunluğunun yoxlanılmasıdır.

İstənilən hesabatlılıq (ƏDV, MVB, Aksiz, FŞGV və s) müxtəlif dövrlər üzrə lakin 3 ildən çox olmayan müddətə yoxlanıla bilər. 

Riskləri minimuma endirmək, mümkün səhvləri müəyyən etmək, mühasibat uçotunun və hesabatların düzgünlüyünü təsdiqləmək, artıq və ya əskik hesablanmış öhdəlikləri aşkarlamaq bizim vəzifəmizdir. Tətbiq edilmiş vergi sanksiyalarının qanuniliyini təhlil etmək üçün müəssisə vergi orqanları tərəfindən yoxlanıldıqdan sonra da vergi yoxlaması aparıla bilər. 

Müştəri ilə müqavilədə yoxlama mərhələlərinin vaxtı və sayı göstərilir.

Vergi yoxlamasının bir hissəsi olaraq müştərinin istəyi ilə aşağıdakı xidmətlər göstərilir:

- Bütün vergi hesabatlarının hərtərəfli yoxlanılması;

- Vergi uçotunun ayrı-ayrı sahələrinin yoxlanılması;

- Müxtəlif vergilər üzrə büdcə ilə hesablaşmaların auditi.

Bu cür yoxlamalar vergi ilə hesablaşmaların düzgünlüyünü müəyyən etmək istədikdə, vergi yoxlamasından əvvəl və sonra, şirkətin satılması və ya alınması halında aparıla bilər.

Ödənişsiz konsultasiyadan yararlanın

Digər xidmətlərimiz

Ekspress analiz

Ekspress analiz müştərinin tələbinə uyğun olaraq həyata keçirilir. Yoxlamanın məqsədi müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun cari vəziyyətini ...

Mühasibat uçotunun yoxlanılması

Ən etibarlı nəzarət daxili nəzarətdir. Daxili nəzarəti qurmaq üçün isə ilk öncə mühasibat uçotunun mövcud vəziyyəti yoxlanılmalı, ehtiyaclar müəyyən edilməli...

🤖
BSC AI Köməkçi
Online