- İşə qəbul edilən işçinin əmək müqaviləsinin tərtib edilməsi üçün lazımi sənədlərin yığılması və əmək müqaviləsinin bağlanılması (elektron qeydiyyatdan keçirilməsi);
- İşə qəbul edilən işçilərin vəzifəyə uyğun olub olmamasına dair sənədlərin yoxlanılması;
- İşdən azad edilən işçilərin müvafiq sənədlərinin hazırlanması;
- İşdən çıxış və işə qəbul edilmə əmrlərinin yazılması;
- Aylıq iş vaxtının uçot tabelinin tərtib edilməsi;
- İşçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunması üzrə tədbirlərin görülməsi;
- Məzuniyyət dövrünün hesablanması ,işçilərin məzuniyyətə çıxmalarına dair sənədləşməsinin aparılması;
- Tibbi müayinə kartlarının alınmasının təmin olunması;
- Peşə və vəzifələrə dair sertifikatların alınmasının təmin edilməsi;
- Müəssisənin kadr sənədləşməsinə dair əmək qanunvericiliyinə uyğun olaraq müvafiq analizlərin aparılması, risklərin qarşısının alınması məqsədi ilə qanunvericiliyin tələblərinə uyğun olaraq məsləhətlərin verilməsi, müvafiq qurumlara sorğuların göndərilməsi.