- Alqı-satqı, mal göndərmə, podrat, tapşırıq, daşıma, brokerlik, borc, icarə, əmlak kirayəsi, saxlama, komissiya, mövcud borcun etirafı haqqında, ticarət nümayəndəsi haqqında, lizinq, beynəlxalq ticarət, İNCOTERMS beynəlxalq daşıma şərtlərini ehtiva edən müqavilələrin və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olan başqa növ ikitərəfli və ya çoxtərəfli müqavilələrin tərtib edilməsi;
- Müştərilər üçün tərtib edilmiş müqavilələri üzrə hüquqi rəyin verilməsi və məsləhət xidmətlərin göstərilməsi;
- Müqavilələrin bağlanması, müqavilə şərtlərinin dəyişməsi, müqavilələrə əlavələrin edilməsi, müqavilələrin icrasına möhlət verilməsi, müqavilələrin ləğv edilməsi ilə bağlı müzakirələrdə müştərinin qanuni maraqların təmsil edilməsi;
- Barışıq razılaşmasının tərtib edilməsi, barışıq razılaşması üzrə hüquqi rəyin verilməsi və məsləhət xidmətlərin göstərilməsi, barışıq razılaşmasına yönəlmiş müzakirələrdə iştirak etməsi;
- Qüvvəyə minmiş müqavilələrə dəyişiklərin edilməsi və əlavələrin tərtib edilməsi.