Vergi yoxlamaları nədir?
Vergi ödəyicilərinin vergi orqanları tərəfindən yoxlanması kameral və səyyar yoxlamarla həyata keçirilir. Kameral vergi yoxlamaları yerlərə getmədən vergi orqanın məlumat bazasında olan sənədlər və məlumatlar əsasında aparılır. Səyyar vergi yoxlamaları Dövlət Vergi Xidməti Orqanlarının qərarı əsasnda növbəli və ya növbədənkənar olmaqla aparılır. Vergi yoxlamaları zamanı vergidən yayınma halları, vergi öhdəliklərinin hesablanmasının düzgünlüyü, uçotun Qanunvericiliyin tələblərinə uyğun aparılıb-aparılmaması yoxlanılır.
Vergi yoxlamasına dəstək nədir?
Vergi yoxlamalarına dəstək vergi yoxlamasının hər bir prosessual mərhələsində vergi ödəyicisinə məsləhət dəstəyi, sənədləşmə işində köməklik, vergi orqanları ilə yazışmalar və vergi ödəyicisinin maraqlarının vergi orqanında təmsil olunmasıdır.
Vergi yoxlamalarına dəstək nə zaman xüsusilə vacibdir?
- Vergi ödəyicisinə səyyar vergi yoxlaması açıldıqda (səyyar vergi yoxlaması mürəkkəb prosedurdur və əksər hallarda əlavə vergi məbləğlərinin hesablanmasına yönəlikdir, fikrimizcə burda ixtisaslaşmış dəstək mütləqdir);
- Kameral vergi yoxlamaları zamanı;
Mütəxəssislərimizlə vergi yoxlamalarına dəstək sizə hansı üstünlükləri qazandırır?
1. Mütəxəssislərimiz vergi orqanları ilə ünsiyyətdə, o cümlədən vergi yoxlamalarının dəstəklənməsi sahəsində ciddi təcrübəyə malikdirlər. Biz vergi orqanlarının prosedurlarını və səlahiyyət həddini, maddi və prosessual vergi qanunvericiliyini yaxşı bilirik.
2. Vergi orqanlarının tələbi ilə sənədlərin təqdim edilmə müddətləri kifayət qədər qısa olduğundan, biz bütün sənədlərin mümkün qədər tez və bütün qanuni tələblərə uyğun hazırlanmasını təmin edəcəyik.
3. İxtisaslı mütəxəssislərin cəlb edilməsi sizə ən az risk və maddi itki ilə vergi yoxlaması keçirməyə imkan verəcək. Öz maraqlarınızın qorumasını bizə etibar edin!