BSC - Business Service Centre 1997-ci ildən sizinlə
BİZ KİMİK?

1997-ci ildə fəaliyyətə başlayan “Business Service Centre” MMC Azərbaycanın ilk konsaltinq şirkətidir. 26 ildən çoxdur ki, peşəkar komandası ilə bilik və təcrübələrini müştərilərinə təqdim edən “BSC” MMC Maliyyə və mühasibatlıq, Hüquq və İnsan resursları xidmətləri ilə bir çox şirkətlərin etibarını qazanmışdır.

Dünyanın hər yerində fəaliyyət göstərən Azercell, Türkiyə Hava Yolları, Schüco, Coca-Cola, EJOT, Leister kimi şirkətlər konsaltinq və autsorsinq məsələlərini bizə həvalə edirlər.

Hal-hazırda “BSC” MMC Azərbaycanda və xaricdə biznes fəaliyyəti ilə məşğul olan 110-dan çox şirkətlə uğurla əməkdaşlıq edir.

Keyfiyyətə və etibarlılığa diqqət yetirən “BSC” MMC konsaltinq və autsorsinq bazarında davamlı inkişaf prinsipi ilə yeni uğurlara əmin addımlarla irəliləyir.

Missiyamız

Bütün müştərilərə peşəkar və operativ xidmət göstərmək, komandamızın davamlı inkişafını təmin edərək xoşbəxt və təhlükəsiz iş mühiti yaratmaqdır.

Vizyonumuz

Dünyanın aparıcı konsaltinq şirkətlərinin beynəlxalq təcrübəsindən istifadə etməklə bütün müştərilərimizə daha yüksək səviyyədə xidmət təmin etmək və liderliyi qoruyub saxlamaqdır.

Dəyərlərimiz

“BSC” MMC yarandığı gündən etibarlılıq, dəyər, dürüstlük, peşəkarlıq, mükəmməllik, məsuliyyət və operativlik dəyərləri üzərində qurulmuşdur. Bu dəyərlər şirkətimizin göstərdiyi hər xidmətə rəhbərlik edir.

0+ il

təcrübə

0+

əməkdaş

0

filial

0

tərəfdaş

21000+

sahibkar

0+

şirkət

Filiallar

  • Bakı şəhəri
  • Gəncə şəhəri

Tərəfdaşlarımız

Pulsuz konsultasiyadan yararlanın