BSC şirkəti haqqında video

BSC Azərbaycanda yaranan ilk konsaltinq şirkəti idi. 1997-ci ildən etibarən Şirkət Azərbaycanda biznesə malik, yaxud biznes qurmağa çalışan müştərilərə hüquqi, maliyyə, mühasibatlıq və insan resurslarının idarə edilməsi sahəsində xidmətlər göstərir. Müxtəlif fəaliyyət sahəsindən olan müştərilərinin bizneslərinə göstərdiyi konsatlinq xidməti nəticəsində bir çox şirkətin uğurlarında“BSC Group”-un töhfəsi xüsusi olmuşdur. Məhz bunun məntiqi nəticəsində məmnun müştərilərin məsləhəti ilə“BSC Group” bir çox yeni yeni müştərilərin etibarını da qazana bilmişdir. Hal-hazırda təyinat və mürəkkəblik dərəcəsi fərqli olan 100-dən artıq şirkətlə uğurla əməkdaşlıq edir. Şirkətlərin açılması, şirkətlərin fəaliyyətinin hüquqi tənzimlənməsi, maliyyə-mühasibatlıq vergi mühiti ilə əlaqədar müştərilərin məlumatlandırılması, kadr işinin təşkili və başqa xidmətlərimiz müştərilərimizin məmnuniyyətini qazanmaqdadır. Şirkətimizə müraciət edən iş adamları vaxt itkisinə məruz qalmadan qoyulmuş sualların doğru cavabları və həlli yollarını əldə edirlər.